Novruz Aslanov 3 kənddə qəbul keçirib

Novruz Aslanov 3 kənddə qəbul keçirib
# 13 may 2016 08:24 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Talıstan, Diyallı və Təzəkənd kəndlərində seçicilərini qəbul edib.

APA-nın xəbərinə görə, qəbullar kənd icra nümayəndəliklərinin binasında keçirilib. Qaldırılan məsələlər əsasən şəxsi problemlərlə bağlı olub. Bir necə məsələnin həlli yerindəcə təmin edilib. Digər problemlərin həlli üçün millət vəkili Novruz Aslanov mümkün addımların atılacağını seçicilərin diqqətinə çatdırıb.

Talıstan kəndində 20 nəfər, Diyallı kəndində 18 nəfər, Təzəkənddə 10 nəfər sakin qəbula gəlib. Belə səyyar qəbulların keçirilməsi İsmayıllı rayonunun digər kəndlərində də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR