Bakıda qadın oğurluq etdiyi evi yandırıb

Bakıda qadın oğurluq etdiyi evi yandırıb
# 16 may 2016 10:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qadın oğurluq edəndən sonra evi yandırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də Bakı şəhər sakini Allahverdi Əhmədova məxsus evdən qızıl əşyalar oğurlayan və yataq otağını yandıran Bakı şəhər sakini Aynur Ağaməmmədova tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR