® Əsgərlərimizə Novruz sovqatları verilib

<font color=red>® </font>Əsgərlərimizə Novruz sovqatları verilib
# 18 mart 2016 08:24 (UTC +04:00)

Novruz Bayramı ərəfəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin kollektivi adından Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərə Novruz sovqatları təqdim olunmuşdur.

Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə olmuş, əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmışlar. Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdlərinin də hazırladıqları bayram sovqatları , əsgərlərə ünvanlanmış məktubları məmnunluqla qarşılanmışdır. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün minnətdarlıqlarını bildirmişlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR