İran yeni zenit-raket kompleksini nümayiş etdirib

İran yeni zenit-raket kompleksini nümayiş etdirib
# 21 avqust 2016 09:19 (UTC +04:00)

Bakı-APA. Bu gün İran öz istehsalı olan yeni “Bavər 373” mobil zenit-raket kompleksini (ZRK) nümayiş etdirib.

APA-nın “Mehr’ agentliyinə istinadən verdiyi məlumata görə, kompleks orta və uzaq məsafədə aerodinamik hədəfləri və ballistik raketləri izləməyə və məhv etməyə qadirdir.

“Bavər 373” ZRK İran Müdafiə Nazirliyinin Aerokosmik Sənaye Təşkilatının binasında keçirilən sərgidə nümayiş etdirilib. Sərgidə İran prezidenti Həsən Ruhani və müdafiə naziri Hosseyn Dehkan iştirak ediblər. Sərgidə İran istehsalı olan ilk turboreaktiv mühərrik, o cümlədən qırıcı təyyarə, nəqliyyat təyyarələri və pilotsuz aparatlar nümayiş etdirilib.

Qeyd edək ki, İran 2010-cu ilin fevralında Rusiyanın “S-300’ komplekslərinin göstəricilərinə malik olacaq bir kompleksin yaradılması istiqamətində işə başladığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR