Georgi Sereteli: "Səfərimizin məqsədi Azərbaycanla münasibətlərin yenidən uğurla davam etməsinə təkan verməkdir”

Georgi Sereteli: "Səfərimizin məqsədi Azərbaycanla münasibətlərin yenidən uğurla davam etməsinə təkan verməkdir”
# 25 yanvar 2016 09:13 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “ATƏT-in Azərbaycanla əməkdaşlığında demokratiyanın inkişafı başlıca yer tutur”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədr müavini Georgi Sereteli deyib.

ATƏT-in seçkiləri izləyən başlıca təşkilatlardan biri olduğunu deyən G. Sereteli təəssüflə bildirib ki, ötən müddətdə bununla bağlı xoşagəlməz hallar yaşanıb: “Bizim indiki səfərdə məqsədimiz bütün bunları yenidən müzakirə edib, problemi həll edib, münasibətlərin yenidən uğurla davam etməsinə təkan verməkdir”.

Bu gün Azərbaycan prezidenti ilə görüşdüklərin deyən ATƏT PA-nın sədr müavini çox pozitiv müzakirələr apardıqlarını bildirib: “Belə bir konstruktiv yanaşma oldu ki, Azərbaycan Avropa üçün ən dəyərli ölkələrdən biridir. Ümid edirik ki, hər iki tərəfin səyi nəticəsində səfərin yekunu olaraq münasibətlərin təkmilləşdirilməsinin əsasını qoyacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR