Sərdar Cəlaloğlu: “AXCP və Müsavat arasında əməkdaşlıq mümkün deyil”

Sərdar Cəlaloğlu: “AXCP və Müsavat arasında əməkdaşlıq mümkün deyil”
# 16 may 2016 11:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “AXCP və Müsavatda siyasi inkişaf olmadığı üçün əməkdaşlıq edə bilmirlər”.

Bunu APA-ya açıqlamasından Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu son günlər AXCP və Müsavat arasında əməkdaşlıqla bağlı aparılan danışıqlara münasibət bildirərək, hər hansı əməkdaşlığın mümkünlüyünə inanmadığını deyib: “O ideyalar ki, reallaşması mümkün deyil, bunları irəli sürmək və müdafiə etmək olmaz. Bu, xeyirdən çox ziyan gətirir. AXCP və Müsavat Partiyasının da ittifaq məsələsi real deyil”.

ADP sədri qeyd edib ki, hər iki partiyanın rəhbərliyində hərəkatçılıq əhval-ruhiyyəsi bu təşkilatların siyasi partiya kimi fəaliyyətə mane olur: “AXCP və Müsavat Partiyası hərəkatdan çıxmış insanlardan təşkil olunub. Ona görə də bu iki partiyanın əməkdaşlığı ilə bağlı hər hansı ideya gerçəkləşə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR