Payız müsabiqələrinin nəticəsində 400-dək namizəd vəzifəyə təyinat alıb

Payız müsabiqələrinin nəticəsində 400-dək namizəd vəzifəyə təyinat alıb
# 29 mart 2016 11:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “2015-ci ildə dövlət qulluğuna qəbul üzrə payız kampaniyasında 15 minə yaxın namizəd qeydiyyatdan keçib. Müsabiqələrin nəticəsində 700-dən artıq namizəd dövlət qulluğu vəzifəsinə uyğun hesab olunub”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) sədr müavini Vəfadar Misirov deyib. O bildirib ki, artıq 400-ə yaxın namizəd müvafiq vəzifələrə təyinat alıb: “Digərlərinin isə vəzifəyə təyinat məsələləri davam edir”.

DQMK sədrinin müavini qeyd edib ki, bu il dövlət qulluğuna qəbul üzrə yaz kampaniyası çərçivəsində 5000-ə yaxın namizəd qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR