NATO nümayəndəsi: “Azərbaycanla praktik əməkdaşlığın səviyyəsindən razıyıq”

NATO nümayəndəsi: “Azərbaycanla praktik əməkdaşlığın səviyyəsindən razıyıq”
# 07 mart 2016 08:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “NATO - Azərbaycan praktik əməkdaşlığının səviyyəsindən razıyıq”.


APA-nın xəbərinə görə, bunu NATO baş ofisinin siyasi məsələlər və təhlükəsizlik şöbəsinin əməkdaşı Steffen Elgersman Bakıda “NATO-nun 2016 Varşava sammiti: imkanlar və gözləntilər” adlı beynəlxalq konfrans çərçivəsində keçirdiyi təqdimatında deyib.


S. Elgerman bildirib ki, bu həftəsonu fərdi tərəfdaşlıq planının müzakirələri ilə bağlı NATO-dan geniş komandanın gələcəyi gözlənilir. O qeyd edib ki, NATO Azərbaycanla müdafiə təhsili ilə bağlı islahatların aparılması sahəsində və ANAMA agentliyi ilə sıx əməkdaşlıq edir. Azərbaycanın NATO-nun müxtəlif strukturlarında çalışan kifayət qədər zabiti olduğunu söyləyən NATO rəsmisi Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın səviyyəsinin qənaətbəxş olduğunu da qeyd edib: “Cənubi Qafqazla əməkdaşlıq hazırda NATO üçün mühüm əhəmiyyət kəsb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR