Bəşər Əsəd: Mənim hakimiyyətdən getməyim yalnız Suriya xalqının iradəsindən asılıdır

Bəşər Əsəd: Mənim hakimiyyətdən getməyim yalnız Suriya xalqının iradəsindən asılıdır
# 17 noyabr 2015 22:48 (UTC +04:00)

Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd dövlət başçısı postundan istefa verməsinin yalnız Suriya xalqının iradəsindən asılı olduğunu bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu sözləri o Fransanın “Valeurs Actuelles” dərgisinə müsahibəsində bildirib.

“Mənim dövlət başçısı postundan istefa verməyimlə bağlı məsələ yalnız Suriya xalqının və parlamentinin iradəsindən asılıdır. Suriyanı məhv etmək istəyənlər daha çox bölgədə sonuncu dünyəvi dövləti məhv etmək istəyirlər”, deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR