Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək
# 10 oktyabr 2015 08:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 12-dən 17-dək Rumıniyanın paytaxtı Buxarest şəhərində münaqişəsonrası yenidənqurma və sabitləşmə kursu, oktyabrın 12-dən 22-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR