Məhkəmə “Azərsu”ASC-nin şikayətini təmin etməyib

Məhkəmə “Azərsu”ASC-nin şikayətini təmin etməyib
# 20 aprel 2016 08:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Azərsu” MMC-nin “Göradil Quşçuluq” ASC-yə qarşı şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, “Göradil Quşçuluq” ASC “Azərsu” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə müraciət edib. Məhkəmədə “Göradil” ASC-nin artıq ödənilmiş pulun geri qaytarılması barədə iddiası təmin olunub. Qətnamə ilə razılaşmayan “Azərsu” ASC apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR