“Azərqarant"ın öhdəlikləri 8%-dən çox artıb

“Azərqarant"ın öhdəlikləri 8%-dən çox artıb
# 31 mart 2016 08:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azərqarant Sığorta” ASC 2015-ci il üçün maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, ötən il şirkətin cəmi aktivləri 186,132 min manat və ya 2,76% azalaraq 6 mln. 568,006 min manat olub. Hesabat dövrünün sonuna şirkətin cəmi uzunmüddətli aktivləri 945,060 min manat, cəmi qısamüddətli aktivləri isə 5 mln. 622,947 min manat təşkil edib.

2014-cü il ilə müqayisədə ötən il "Azərqarant"ın nizamnamə kapitalı dəyişməyərək 5 mln. 610 min manat olub. Hesabat dövründə şirkətin məcmu kapitalı 6 mln. 295,259 min manat təşkil edib. Bu, 2014-cü ildəki göstəricidən 207,365 min manat və ya 3,19% azdır.

2015-ci ildə şirkətin cəmi öhdəlikləri 21,233 min manat və ya 8,44% artaraq 272,748 min manata çatıb. Hazırda “Azərqarant"ın cəmi uzunmüddətli öhdəlikləri 266,418 min manat, cəmi qısamüddətli öhdəlikləri 6,329 min manat təşkil edir.

Hesabat dövründə şirkətin gəlirləri 803,170 min manat, xərcləri 405,488 min manat olub. Sığortaçı 2015-ci ili 318,145 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR