Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb

Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb
# 08 aprel 2016 08:26 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə sərnişin avtobusu divara çırpılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin Təbriz küçəsində qeydə alınıb. Şəhərdə 7 saylı marşrut xətti ilə sərnişin daşıyan “İsuzu” markalı avtobus hərəkətdə olarkən idarəetmədən çıxıb və avtomobil yolun kənarında divara çırpılıb. Bir neçə sərnişinin yüngül bədən xəsarətləri aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR