Lənkəran İH başçısı şəhər sakinləri ilə görüşüb

Lənkəran İH başçısı şəhər sakinləri ilə görüşüb
# 22 yanvar 2016 13:07 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəran şəhər sakinləri ilə görüşüb. APA-nın cənub bürosunun məlumatına görə, görüşdə İcra Hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, xidmət bölmələrinin rəhbər işçiləri və 600 nəfər şəhər sakini iştirak edib.

Tədbirdə çıxış edən icra başçısı Taleh Qaraşov ölkənin və rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən dinamik inkişafdan söz açaraq ölkədə yaradılmış iqtisadi potensialın bu gün dövlətin iqtisadi təhlükəsizliyini təmin etdiyini, onu dəhşətli böhranın təsirindən qoruduğunu deyib.

O, eyni zamanda qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin ölkənin neft gəlirlərindən asılılığının azaldılmasına istiqamətlənmiş uğurlu siyasət olduğunu və Azərbaycan xalqının bu siyasətdən razı qaldığını bildirib.

Görüşdə çıxış edən şəhər sakinləri ölkə başçısının davamlı diqqəti ilə Lənkəran şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri razılıq hissi ilə qarşıladıqlarını söyləyiblər.

Çıxışçılar ölkə prezidentinin anti-böhran tədbirləri, maaş və müavinətlərin artırılması, çörək və un məhsullarının qiymətlərinin tənzimlənməsi ilə bağlı sərəncamlarını alqışladıqlarını bildiriblər.

Sonda İH başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək, onların həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR