XİN: Astanada Konvensiya layihəsinin ən yaxın zamanda tam razılaşdırılaraq qəbulu istiqamətində addımlar atılması razılaşdırılıb

XİN: Astanada Konvensiya layihəsinin ən yaxın zamanda tam razılaşdırılaraq qəbulu istiqamətində addımlar atılması razılaşdırılıb
# 13 iyul 2016 14:34 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Xarici İşlər Nazirliyi iyulin 13-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Astana şəhərində keçirilmiş görüşü barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, görüş zamanı Konvensiya layihəsinin hərbi məsələlər, razılaşdırılmış etimad təbirlərinə əməl olunması, balanslaşdırılmış silahlanmanın təmin edilməsi, gəmiçilik, müxtəlif su məkanlarında rejimlər və fəaliyyət, eləcə də azad tranzit hüququ, sualtı boru kəmərləri və kabellərin çəkilməsi ilə bağlı müddəalar geniş müzakirə olunub.

Konvensiya layihəsi üzrə işin davam etdirilməsi və ən yaxın zamanlarda tam razılaşdırılaraq qəbul edilməsi istiqamətində addımlar atılması razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR