Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı məhkəmədə vəkillər müdafiə nitqi ilə çıxış edib - YENİLƏNİB

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı məhkəmədə vəkillər müdafiə nitqi ilə çıxış edib - <span style="color: red;">YENİLƏNİB
# 01 mart 2016 11:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin nümayəndəsi Fariz Namazlı çıxış edib. F. Namazlı təqsirləndirilən Camal Məmmədovun dostları ilə Whatsaapp yazışmalarına əsasən təqsirləndirilən şəxslərin Rasim Əliyevlə görüşə nəyə görə getdiklərinin məlum olduğunu bildirib. Vəkil məhkəmədən ədalətli qərar çıxarmasını istəyib.

Daha sonra Rasim Əliyevin anası Teyfurə Əliyeva çıxış edərək təqsirləndirilənlərə ən ağır cəza verilməsini istəyib.

Elşən İsmayılovun vəkili Səfər Hüseynov, Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev prosesdə müdafiə nitqi ilə çıxış ediblər.

Səfər Hüseynov Elşən İsmayılova aşağı hədd cəza verilməsini, onun polisə könüllü getməsinin, məcburi köçkün olmasının nəzərə alınmasını xahiş edib.

Şəmsəddin Quliyev isə deyib ki, ittiham aktında müstəntiq tərəfindən səhvlərə yol verilib. O, Rasim Əliyevin həkim səhlənkarlığı nəticəsində öldüyünü də qeyd edib.

Ş. Quliyev də məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.

Proses martın 3-də davam etdiriləcək.

***

12.04

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesində elan olunan fasilə zamanı insident yaranıb.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin bəzilərinin vəkillərinin iştirak etməməsi ilə bağlı fasilə elan olunub.

Fasilə vaxtı Rasim Əliyevin anası Teyfurə Əliyeva ilə təqsirləndirilənlər, nişanlısı ilə təqsirləndirilən Kənan Mədətovun anası arasında mübahisə olub.

Bu zaman məhkəmə nəzarətçiləri proses iştirakçılarını zaldan çıxarıblar.

Proses bu gün davam etdiriləcək.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.


Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR