Güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib - FOTOSESSİYA

Güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib - <span style="color: red;">FOTOSESSİYA
# 10 aprel 2016 17:00 (UTC +04:00)

Xaçmaz.Vəli Turan – APA. Bu gün səhər saatlarından başlayaraq əsən güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, külək Xaçmazın elektrik təsərrüfatına ziyan vurub. 0,4 və 10 kilovoltluq hava xətlərində yaranan problemlərlə bağlı bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranıb.

Xaçmaz rayonunun ərazisində bir neçə ağac kökündən qoparaq elektrik və rabitə xətlərinin üzərinə düşüb. Şəhərin bəzi küçələrində şam ağacları aşıb. Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən beş mərtənəli yaşayış binasının dam örtüyünün bir hissəsini külək uçurub.

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR