Yunanıstanda neft şirkətinin sahibi evində ölü tapılıb

Yunanıstanda neft şirkətinin sahibi evində ölü tapılıb
# 03 iyul 2016 20:36 (UTC +04:00)

Bakı - APA. Yunanıstanın “Mamidoil Jetoil” neft şirkətinin sahibi Kiriakos Mamidakis Afina şəhəri yaxınlığındakı evində ölü tapılıb.


APA-nın Bloomberg agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə adının açıqlanmasını istəməyən Yunanıstan polisinin nümayəndəsi bildirib.


Kiriakos Mamidakisin meyiti tapılarkən yanında tapança da olub. “Mamidoil Jetoil” şirkətinin iflasa uğramaq ərəfəsində olduğu qeyd olunur. 600-dan çox yanacaqdoldurma məntəqəsi və 7 neft tankerinə malik olan şirkət həmçinin Bolqarıstan və Albaniyada fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR