Türkiyədə partlayış törədilib, üç polis şəhid olub

Türkiyədə partlayış törədilib, üç polis şəhid olub
# 25 iyul 2016 13:37 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Mardin vilayətində törədilən partlayış nəticəsində 3 polis əməkdaşı şəhid olub.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, terrorçular yola quraşdırdıqları partlayıcı qurğunu zirehli polis maşını keçərkən işə salıblar. Nəticədə xüsusi təyinatlı 3 polis əməkdaşı ölüb.

Bölgədə terrorçulara qarşı irimiqyaslı əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR