Əbülfəs Qarayev Salyanda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Salyanda vətəndaşları qəbul edəcək
# 28 mart 2016 09:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Salyanda vətəndaşları qəbul edəcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda Salyan, Biləsuvar, Hacıqabul, Neftçala, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR