Təbriz Şəhər Şurasının 31 üzvü barəsində cinayət işi açılıb

Təbriz Şəhər Şurasının 31 üzvü barəsində cinayət işi açılıb
# 01 iyun 2016 11:05 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Təbriz Şəhər Şurasında baş vermiş korrupsiya faktı ilə əlaqədar 31 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, həmin şəxslərdən 19 nəfər həbs olunub, digərləri isə zaminə buraxılıb.

Qeyd edək ki, ötən aylarda Təbriz Şəhər Şurasının bir neçə əməkdaşı korrupsiya əməllərinə görə saxlanılıb. Bu üzdən Təbriz Şəhər Şurasının ilk iclası bir neçə ay təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR