Ümumdünya Ticarət Mərkəzi qlobal ticarət üzrə proqnozunu endirib

Ümumdünya Ticarət Mərkəzi qlobal ticarət üzrə proqnozunu endirib
# 28 sentyabr 2016 14:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ildə dünya ticarətinin həcmi 1,1% azalaraq 1,7% təşkil edəcək.


"APA-Economics" xəbər verir ki, bu məlumat Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hesabatında yer alıb.

ÜTT artıq 5-ci ildir ki, dünya ticarətinin 3%-dən az olacağını proqnozlaşdırır. Bundan əvvəl təşkilat aprel ayında dünyada ticarətin həcminin 2,8% artacağını proqnozlaşdırıb.

2017-ci il üzrə proqnozlar da qənaətbəxş deyil. Belə ki, əgər əvvəl dünyada ticarətin 3,6% artacağı proqnozlaşdırılırdısa, indi bu göstəricinin 1,8-3,1% ətrafında olacağı gözlənilir.

ÜTT ticarətin həcminin azalmasını inkişaf etməkdə olan ölkələrdə, xüsusilə də Çin və Braziliyada ÜDM artımının zəifləməsi ilə əlaqələndirib. Bundan başqa, ticarətin azalmasına ABŞ-ın ixracının aşağı düşməsi də təsir edib. Məhz ABŞ-ın ixracının azalması bu ilin I yarısında dünya ticarətinin həcminin gözləniləndən az olmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR