Şəkidə 22 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Şəkidə 22 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
# 10 may 2016 15:15 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 22 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında Şəki sakini, 1994-cü il təvəllüdlü İlahə Ehsan qızı Yusifova ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, İ. Yusifova yaşadığı evin çardağından yıxılaraq bel fəqərələrini sındırıb. Müayinədən sonra İ. Yusifovaya L-1 və L-4 fəqərələrinin yerdəyişən sınığı diaqnozu qoyulub.

İ. Yusifova müayinə və müalicəsini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR