DSMF sığortaedənlərin borcunun ödənilməsinə dair tələbi sərtləşdirib

DSMF sığortaedənlərin borcunun ödənilməsinə dair tələbi sərtləşdirib
# 30 dekabr 2015 14:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda sığortaedənin borcunun ödənilməsinə dair tələb sərtləşdirilib.

APA-nın məlumatına görə, bu, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Kollegiyasının “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər əgər sığortaedən borcunu ödəmirsə və ya ödəmək qabiliyyətində deyilsə, DSMF orqanı onun tabe olduğu yuxarı təşkilat və ya hüquqi varisi qarşısında borcun ödənilməsi barədə məsələ qaldıra bilərdi. Dəyişikliyə əsasən isə bundan sonra sığortaedən borcunu ödəmirsə və ya ödəmək qabiliyyətində deyilsə, DSMF orqanı birmənalı olaraq onun tabe olduğu yuxarı təşkilat və ya hüquqi varisi qarşısında borcun ödənilməsi barədə məsələ qaldıracaq.

Qüvvədə olan mövcud qaydaya əsasən bu prosedurdan sonra da borc ödənilməzsə, yaxud sığortaedənin tabeçiliyi və ya hüquqi varisi olmazsa, DSMF orqanı ödəmə qabiliyyəti olmayan sığortaedənin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə borclarının ödənilməsi üçün məhkəmədə iddia qaldırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR