Naxçıvan Ali Məclisinin üçüncü sessiyası çağırılıb

Naxçıvan Ali Məclisinin üçüncü sessiyası çağırılıb
# 18 iyul 2016 21:58 (UTC +04:00)

Bakı.Ramiz Mikayıloğlu-APA. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası çağırılıb.

APA-nın məlumatına görə, bununla bağlı haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qərar verib.

Naxçıvan Ali Məclisinin üçüncü sessiyası iyulun 22-də saat 11:00-da çağırılıb. Sessiyanın gündəliyinə 2016-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, “ Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” qanunda dəyişiklik edilməsi daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR