Çempionlar Liqasında qrup mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR - VİDEO

Çempionlar Liqasında qrup mərhələsinin ilk oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR  - <span style="color: red;">VİDEO
# 16 sentyabr 2015 00:03 (UTC +04:00)

A qrupunda Madrid “Real”ı “Şaxtyor”u darmadğın edib - 4:1, PSJ isə “Malmö”yə qalib gəlib.

B qrupunda “Mançester Yunayted” səfərdə PSV-yə məğlub olub. Qrupun digər matçında isə “Volfsburq” Moskva MOİK-ini udub - 1:0.

Azərbaycanlı azarkeşlər üçün gecənin ən maraqlı qarşılaşması C qrupunda baş tutub. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” öz meydanında “Atletiko” ya yenilib. ÇL-in debütantı “Astana” isə “Benfika” səfərindən məğlub dönüb - 0:2.

Gecənin digər maraqlı qarşılaşması D qrupunda “Mançester Siti” və “Yuventus” komandaları arasında keçirilib. Son finalçı və İtaliya A seriyasının cari mövsümündə özünə bənzəməyən “Yuve”nin İngiltərədə hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi. Görüş "qoca sinyora"nın qələbəsi ilə başa çatıb. Qrupun digər görüşündə isə “Sevilya” Münhenqladbax “Borussiya”sını udub - 3:0

15 sentyabr

A qrupu

PSJ (Fransa) – “Malmö” (İsveç) - 2:0

Qol: Di Maria, 4, Kavani, 61

“Real” (Madrid, İspaniya) – “Şaxtyor” (Ukrayna) - 4:0

Qol: Benzema, 30, Ronaldo, 57 (pen.) 63 (pen.), 81

B qrupu

PSV (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə) - 2:1

Qollar: Moreno, 45+2, Narsinq, 57 - Depay, 41

“Volfsburq” (Almaniya) – MOİK (Rusiya) - 1:0

Qol: Draksler, 40

C qrupu

“Benfika” (Portuqaliya) – “Astana” (Qazaxıstan) - 2:0

Qollar: Qaytan, 51, Mitroğlu, 62

“Qalatasaray” (Türkiyə) – “Atletiko” (İspaniya) - 0:2

Qol: Qrizman, 17, 25

D qrupu

“Mançester Siti” (İngiltərə) – “Yuventus” (İtaliya) - 1:2

Qol: Kyellini, 57 (öz qapısına) - Mancukiç, 70, Morata, 81

“Sevilya” (İspaniya) – “Borussiya” (Münhenqladbax, Almaniya) - 3:0

Qol: Qameyro, 47, Baneqa, 66, Konoplyanka, 84

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR