Azərbaycana 2 kiloqrama yaxın heroin keçirmək istəyən şəxs saxlanılıb - VİDEO

Azərbaycana 2 kiloqrama yaxın heroin keçirmək istəyən şəxs saxlanılıb - <span style="color: red;">VİDEO
# 19 noyabr 2015 09:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrükçüləri 2 kiloqrama qədər heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, narkotik vasitə İrandan Azərbaycana gələn Məmmədov Emin Hidayət oğluna məxsus “Mersedes Benz-200” markalı, 90-GB-883 nömrəli minik avtomobilində aşkar edilib.

Belə ki, Astara Gömrük İdarəsinin əməkdaşları sərnişin nəqliyyat şöbəsinin gömrük yoxlama xəttində gömrükçülər qanunvericiliyin tələbinə uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirib. Yoxlama zamanı avtomobilin salonunda, alətlər panelinin arxasında gömrük nəzarətindən gizlədilən, qara rəngli kauçuk məmulatına bükülü vəziyyətdə 5 ədəd uzunsov formalı bağlamada ümumi xalis çəkisi 1 kiloqram 850 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR