Azərbaycanda keçiriləcək təkrar seçkilərlə bağlı məsələ AŞPA-nın Büro iclasının gündəliyinə salınıb

Azərbaycanda keçiriləcək təkrar seçkilərlə bağlı məsələ AŞPA-nın Büro iclasının gündəliyinə salınıb
# 23 may 2016 07:50 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycanda 90 saylı Ağdaş seçki məntəqəsində keçiriləcək təkrar parlament seçkiləri ilə bağlı məsələ AŞPA-nın mayın 26-da Tallində keçiriləcək Büro iclasının gündəliyinə salınıb.

APA-nın xəbərinə görə, iclasda seçkilərin müşahidəsi üçün xüsusi komitənin yaradılması ilə bağlı müzakirələr aparılıacaq.

Seçkilərin müşahidəsi ilə bağlı müsbət qərar verildiyi təqdirdə, komitənin tərkibi müəyyən ediləcək və sədri təyin ediləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

90 saylı Ağdaş seçki məntəqəsi üzrə təkrar seçkilər 2016-cı ilin iyunun 18-nə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR