Xaçmazda 100 yaşlı seçici səs verib - FOTO

Xaçmazda 100 yaşlı seçici səs verib - <span style="color: red;">FOTO
# 01 noyabr 2015 12:57 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda 100 yaşlı seçici səsvermədə iştirak edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1915-ci il təvəllüdlü, Xaçmazın Mehrəliqışlaq kənd sakini Mələk Məlikova Qaraoğlan qızı səs verib. M. Məlikova sağlamlıq probleminə görə, ərizə ilə məntəqəyə müraciət edərək, səs verməsi üçün şərait yaradılmasını xahiş edib.

55 saylı Xaçmaz seçki dairəsinin 40 saylı seçki məntəqəsinin üzvləri müşahidəçilərlə birgə daşınan seçki qutusunu onun yaşadığı ünvana apararaq səsvermə hüququnu təmin ediblər.

Qeyd olunub ki, 55 saylı Xaçmaz seçki dairəsinin 40 saylı seçki məntəqəsində daha 10 nəfər müxtəlif səbəblərdən seçki məntəqəsinə gələ bilmədiyi üçün daşınan seçki qutusu ilə bağlı müraciət ediblər. Həmin şəxslərin də müraciətləri təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR