BŞTİ-nin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

BŞTİ-nin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
# 25 may 2018 15:18 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Heydər Əliyev adına idman-konsert kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.



APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ali məktəb rektorları, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva və başqaları iştirak ediblər.


C. Bayramov bildirib ki, AXC-nin 23 aylıq fəaliyyəti dövründə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də mühüm işlər görülüb: "Azərbaycan Xalq Cümhuriyyəti dövrü milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövlətimizin qədim və zəngin tarixində xüsusi yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət rəmzləri təsdiq olunub, ana dilimiz dövlət statusu alıb, xaricdə ali təhsil almaq üçün 100 tələbə Avropaya göndərilib, Bakı Dövlət Universiteti yaradılıb, qadınlara seçmək-seçilmək hüququ verilib".


Nazir qeyd edib ki, tədbir gənclərə cümhuriyyət tarixini mənimsətmək, xüsusi istedada malik məktəbliləri ictimaiyyətə tanıtmaq məqsədilə təşkil olunub.


Tədbir musiqi proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR