Direktor: “Talassemiyalı xəstələrə pullu xidmətdən söhbət gedə bilməz”

Direktor: “Talassemiyalı xəstələrə pullu xidmətdən söhbət gedə bilməz”
# 31 yanvar 2018 08:03 (UTC +04:00)

“Azərbaycan prezidentinin imzaladığı müvafiq fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib.

Burada əsas məqsəd mərkəzin maddi-texniki bazasının möhkəmləndirilməsi, mərkəzdə müasir laborator hissə və digər hissələrin talassemiyalı xəstələrlə yanaşı, digər qan xəstələrinə xidmət göstərilməsini təmin etməkdir”.

APA-nın xəbərinə görə, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov bildirib.

Direktor qeyd edib ki, bu fərmanla talassemiyalı xəstələrə dövlət qayğısı daha da yaxşılaşacaq: “Burada talassemiyalı xəstələrə pullu xidmətdən söhbət gedə bilməz. Hazırda əsas məqsədimiz talassemiya xəstələrinin müayinə üçün xarici ölkələrə getməsinin qarşısını almaqdır. Biz buna nail olmuşuq. Publik hüquqi şəxsə çevrilməklə vətəndaşlar mərkəzdəki digər xidmətlərdən - laborator müayinədən, müasir müayinələrdən istifadə edə biləcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR