Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb
# 12 noyabr 2016 06:45 (UTC +04:00)

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 8.40 radələrində Ələt-Astara magistralının rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

RAF markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobili toqquşub. Güclü zərbədən “Mercedes”in sərnişini, Lənkəran rayon Mis qəsəbəsinin sakini Rövşən Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Minik avtomobilinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşını ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR