Köməksiz vəziyyətdə qalan rusiyalı turistlər xilas edilib, onların avtomobili Şamaxıya gətirilir - YENİLƏNİB-3

Köməksiz vəziyyətdə qalan rusiyalı turistlər xilas edilib, onların avtomobili Şamaxıya gətirilir - <span style="color: red;">YENİLƏNİB-3
# 03 oktyabr 2017 16:53 (UTC +04:00)

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış 2 nəfər xarici vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən aşkar olunub.

FHN-dən APA-ya verilən məlumata görə, hər iki şəxs Rusiya Federasiyasının vətəndaşıdır. Turistlərin olduğu "Nissan" markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilir.

Bundan başqa, həmin ərazidə "UAZ" markalı avtomobillə yolda qalmış 3 nəfər yerli sakinə də müvafiq köməklik göstərilib.

Əlavə məlumat veriləcək.

***

16.23

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri Fövqəladə Hallar Nazirliyinin helikopteri tərəfindən müəyyənləşib.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyə olunmaqdan imtina ediblər. Hazırda Mülki Müdafiə Qoşunlarının qüvvələri vətəndaşlara müvafiq köməklik göstərmək üçün həmin yerə doğru hərəkət edirlər. Əlavə məlumat veriləcək.

***

15.42

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-dən APA-ya verilən məlumata görə, Nazirliyin Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

13.25

Fövqəladə Hallar Nazirliyi Şamaxıda əcnəbilərin köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dövlət Dəniz Administrasiyasından daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında xarici vətəndaşların olduğu 2 ədəd "Nissan" markalı avtomobil çətin keçilən dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

FHN-in Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.

***

12.43

Bu gün 06:48 radələrində ABŞ-ın 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli "Nissan Patrol" markalı avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

ARDDA-nın Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 zəng mərkəzinə ötürülüb.

Hal-hazırda mümkün vasitələrlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR