Nazir: "Azərbaycanın qeyri-neft sektorunda artım tempi ötən il 3,5% təşkil edib"

Nazir: "Azərbaycanın qeyri-neft sektorunda artım tempi ötən il 3,5% təşkil edib"
# 16 yanvar 2020 11:43 (UTC +04:00)

"2019-cu ildə Azərbaycanda ÜDM-in real artımı 2,2%, qeyri-neft sektorunda isə 3,5% təşkil edib".

"APA-Economics"in məlumatına görə, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, qeyri-neft sektorunda sənaye istehsalı 13,9% artıb, qeyri-neft ixracının həcmi 1,9 mlrd. ABŞ dollarını ötüb.

"Ötən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5% təşkil edib. Qeyri-neft sektoruna yatırılan sərmayənin cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2%-dən 2019-cu ildə 69,7%-ə yüksəlib. Bununla yanaşı, ötən dövr ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Nəticədə, əhalinin gəlirlərinin nominal artım tempi 7,4% təşkil edərək, orta illik inflyasiyanı (2,6% red.) üstələyib", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR