Goranboyda motosikletlə avtomobil toqquşub, xəsarət alan var

Goranboyda motosikletlə avtomobil toqquşub, xəsarət alan var
# 01 aprel 2018 18:38 (UTC +04:00)

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hərəkətdə olan motosikletin minik avtomobili ilə toqquşması nəticəsində motosikletin sürücüsü rayonun Kəpənəkçi kənd sakini 1966-cı il təvəllüdlü Abdullayev Asif İnşallah oğlu ağır bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR