“A-Group Sığorta Şirkəti”nin aktivləri azalıb

“A-Group Sığorta Şirkəti”nin aktivləri azalıb
# 09 mart 2017 06:28 (UTC +04:00)

“A-Group Sığorta Şirkəti” ASC ötən il aktivlərini azaldıb.

APA-Economics” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, “A-Group Sığorta Şirkəti”nin məcmu aktivləri 2015-ci illə müqayisədə ötən il 17,5% azalaraq 23 mln. 132,492 min manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 824,874 min manat, qısamüddətli aktivləri 22 mln. 307,618 min manat təşkil edib.

2016-cı ildə şirkətin öhdəlikləri 0,79% artaraq 11 mln. 309,792 min manat olub. Hesabat dövründə şirkətin uzunmüddətli öhdəlikləri 11 mln. 296,755 min manat, qısamüddətli öhdəlikləri isə 13,037 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 8 mln. 5 min 750 manat, məcmu kapitalı isə 30% azalaraq 11 mln. 822 min 983,03 manat təşkil edib.

Şirkət 2016-cı ili 2 mln. 866 min 983,03 manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR