Tovuz sakini üstünə ağac aşması nəticəsində ağır xəsarət alıb

Tovuz sakini üstünə ağac aşması nəticəsində ağır xəsarət alıb
# 24 mart 2018 16:07 (UTC +04:00)

Tovuz sakinin üzərinə ağac aşıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kirən kəndində baş verib.

Güclü küləyin qırdığı ağac kənd sakini 1995-ci il təvəllüdlü Fəridə Yusifovanın üzərinə düşüb. Bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR