Müstəqil Sənayeçi və Sahibkarlar Dərnəyi Azərbaycanda şöbə açır

Müstəqil Sənayeçi və Sahibkarlar Dərnəyi Azərbaycanda şöbə açır
# 24 oktyabr 2016 09:56 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Müstəqil Sənayeçi və Sahibkarlar Dərnəyi (MÜSAİD) qarşıdakı 6 ay ərzində dünyanın fərqli bölgələrində 12 şöbə açacaq.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dərnəyin Azərbaycanda da şöbəsinin açılması gözlənilir.

“Dünya miqyasında təşkilatlanma işlərinin aparıldığını qarşıdakı günlərdə dost və qardaş ölkələrdən Azərbaycan, Makedoniya və Gürcüstanda şöbə açmağı planlaşdırırıq. Bakıda şöbəmizin açılması üçün aparılan işlər yekunlaşmaq üzrədir”, - deyə N. Olpak vurğulayıb.

N.Olpak bildirib ki, Azərbaycan tərəfi MÜSAİD-in şöbəsinin açılması ilə bağlı hər sahədə dəstək verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR