Gömrük işçiləri külli miqdarda siqaret müsadirə edib

Gömrük işçiləri külli miqdarda siqaret müsadirə edib
# 17 yanvar 2017 10:30 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, yoxlama zamanı avtomobilin istifadədə olmayan yanacaq çənində fərqli görünüşdə və formada naməlum predmetlər müəyyən edilib.

Daha sonra nəqliyyat vasitəsinə əsaslı baxış keçirilib və gömrükçülərin şübhələri özünü doğruldub. Belə ki, avtomobilin istifadədə olmayan yanacaq çənində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 2 adda 82 min ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR