Ağdaş və Bakıda yanğın hadisəsi baş verib

Ağdaş və Bakıda yanğın hadisəsi baş verib
# 20 yanvar 2017 23:14 (UTC +04:00)

Ötən axşam Ağdaş və Bakıda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdaş rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 10 m² olan hamam otağının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 22:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Qaradağ rayonunda isə ümumi sahəsi 200 m² olan tikilinin elektrik lövhəsində 12 ədəd elektrik sayğacı və 5 p.m elektrik kabeli yanıb. Otaqlar yanğından mühafizə olunub. Yanğın saat 23:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR