Saymon Makdonald: “Böyük Britaniya İranla imzalanmış nüvə anlaşmasına sadiq qalacaq”

Saymon Makdonald: “Böyük Britaniya İranla imzalanmış nüvə anlaşmasına sadiq qalacaq”
# 06 mart 2017 14:50 (UTC +04:00)

“Brexit Böyük Britaniya üçün İkinci Dünya müharibəsindən sonra ən böyük geostrateji dəyişiklik layihəsidir”.

APA-nın məlumatına görə, bunu Böyük Britaniya xarici işlər nazirinin müavini Saymon Makdonald ADA Universitetində tələbələr qarşısında çıxış edərkən deyib.


Diplomat bildirib ki, rəsmi London Aİ ilə azad ticarət razılaşmasının imzalanmasının tərəfdarıdır: “Bizim xarici ticarətin 45 faizi Avropa İttifaqının payına düşür. Onlar da Böyük Britaniya bazarını itirmək istəmir”.

Qonaq qeyd edib ki, hazırda beynəlxalq aləm qarışıq bir yer, orada qəbul edilən standartlar isə sürüşkəndir. Ölkəsinin dünyada 5-ci böyük iqtisadiyyata və 4-cü böyük orduya malik olduğunu söyləyən S. Makdonald ABŞ-ın yeni administrasiyasının fikirlərinə rəğmən, İranla imzalanmış nüvə anlaşmasına sadiq qalacaqlarını vurğulayıb.

S. Makdonald Rusiyanın Yaxın Şərqdəki hərbi əməliyyatlarına toxunaraq Türkiyə ilə müttəfiq olduqlarını deyib: “Rusiya ilə İkinci Dünya müharibəsindən sonra müttəfiq olmamışıq və bunun baş verməsi üçün əsas da yoxdur”.

Sonda qonaq tələbə-müəllim heyətinin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR