Daxili işlər naziri: Diyarbəkirdəki partlayış terror aktıdır

Daxili işlər naziri: Diyarbəkirdəki partlayış terror aktıdır
# 12 aprel 2017 09:11 (UTC +04:00)

Dünən Türkiyənin Diyarbəkir şəhərində Diyarbəkir rayon Polis İdarəsinin Bağlar prospektindəki yardımçı binasında təmir emalatxanasında baş verən partlayışın terror aktı olduğu üzə çıxıb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

S. Soylu deyib ki, öncə partlayışın emalatxanada xüsusi texnikanın təmiri zamanı baş verdiyi ehtimal edilib. Ancaq araşdırma zamanı partlayışın tunel qazılaraq yerləşdirilən partlayıcı qurğu vasitəsi ilə törədildiyi üzə çıxıb.

Qeyd edək ki, partlayış nəticəsində 3 nəfər ölüb, 10-a qədər insan yaralanıb.

Hadisə ilə əlaqədar 5 nəfər tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR