ARDNF: Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb

ARDNF: Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb
# 18 oktyabr 2017 17:01 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Avstraliyada yeni daşınmaz əmlak almasına dair bu gün bir sıra KİV-lərdə yayılan məlumatlarla bağlı açıqlama yayıb.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, ARDNF tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb.

“Fond daşınmaz əmlak portfelinin coğrafi mövqe, kapital strukturu, daşınmaz əmlak aktivlərinin növü və aktivlərin risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədilə 2015-ci ildən başlayaraq Amerika, Avropa və Asiya və Sakit Okean Hövzəsi regionlarının inkişaf etmiş bazarlarında fəaliyyət göstərən, müxtəlif strategiyalarla, müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl özəl daşınmaz əmlak fondlarına investisiyalar həyata keçirməkdədir. ARDNF tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb”, - deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, bu gün bəzi KİV-lərdə Bakıda keçirilən Azərbaycan-Avstraliya biznes-forumuna qatılmış Avstraliya nümayəndə heyətinin rəhbəri, ölkələrarası Dostluq Assosiasiyasının prezidenti Con Hammonda istinadən ARDNF-in Avstraliyada daşınmaz əmlak almağa hazırlaşması barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR