Meksikanın bir şəhərində 119 polis saxlanılıb

Meksikanın bir şəhərində 119 polis saxlanılıb
# 04 may 2018 02:50 (UTC +04:00)

Meksikanın Puebla ştatının Baş Prokurorluğu müxtəlif cinayətlərdə şübhəli bilinən San-Martin-Teksmelukan şəhər polis şöbəsinin 11 əməkdaşını saxlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında şəhər polis şöbəsinin rəisi və ictimai təhlükəsizlik komissarının olduğu bildirilir. Onlar və daha 4 polis əməkdaşı həmkarlarından rüşvət tələb etməkdə şübhəli bilirlər. Qalanları isə qanunsuz vəzifə tutmaqda və digər cinayətlərdə şübhəli bilinirlər.

Bundan əvvəl San-Martin-Teksmelukan şəhərinin 185 polis əməkdaşı cinayətkarlıqda şübhəli bilinərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR