XİN: Ukraynada iki azərbaycanlının qətli ilə bağlı istintaq bu ölkədəki səfirliyimizin diqqətindədir

XİN: Ukraynada iki azərbaycanlının qətli ilə bağlı istintaq bu ölkədəki səfirliyimizin diqqətindədir
# 20 avqust 2015 13:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynada öldürülmüş iki azərbaycanlı ilə bağlı məsələyə münasibət bildirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, Xerson vilayəti, Uryupinsk rayonu, Podlenivka kəndi ərazisində qətlə yetirilmiş Nuruşov Vüqar Qiyas oğlu və Xerson şəhərində öldürülmüş Ukrayna vətəndaşı, Azərbaycanın Culfa rayonunda anadan olmuş Tağıyev İlham Tağı oğlunun qətli ilə əlaqədar Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işləri Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən izlənilir. “Qeyd olunan cinayət işləri ilə əlaqədar səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciətlər göndərilib”, - deyə H. Hacıyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR