Pakistanda hərbi hissədə partlayış nəticəsində azı 11 nəfər ölüb, 13 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Pakistanın Svat bölgəsində baş verib.
Məlumata görə, terrorçu-kamikadzenin hücumu nəticəsində 3 hərbçi hadisə yerində ölüb, daha 8 yaralı isə sonradan xəstəxanada keçinib.
Partlayış idman meydançasında törədilib.