Rusiya MN: Suriyada "Cəbhət ən-Nüsra"nın 30-dək üzvü məhv edilib

Rusiya MN: Suriyada "Cəbhət ən-Nüsra"nın 30-dək üzvü məhv edilib
# 17 noyabr 2016 08:34 (UTC +04:00)

Rusiya təyyarələri Suriyada "Cəbhət ən-Nüsra" terrorçu qruplaşmasının mövqelərinə aviazərbələr endirib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, əməliyyat dünən axşam İdlib əyalətində həyata keçirilib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Hərbi Kosmik Qüvvələrinin “Admiral Kuznetsov” aviadaşıyıcıdan havaya qalxan Su-33 qırıcıları terrorçuların mövqelərinə zərbələr endirib. Nəticədə "Cəbhət ən-Nüsra"nın böyük qrupu məhv edilib. Bir neçə kəşfiyyat kanalı aviazərbə nəticəsində 30-a yaxın terrorçunun, o cümlədən məşhur səhra komandirləri Muhammad Xelala, Abu Caber Xarmuja və Abdul Baha Əl-Əsfarinin məhv edildiyini təsdiqləyib.

Rusiya MN rəsmisi qeyd edib ki, Abdul Baha Əl-Əsfari "Cəbhət ən-Nüsra"nın Hələb və Hamada qalmış ehtiyat qruplarına rəhbərlik edib, eləcə də Hələbdə növbəti terror hücumunun planlaşdırılmasına cavabdeh olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR