Tovuzda toyda zəhərlənənlərdən 26 nəfəri evə buraxılıb, 13 nəfərin müalicəsi davam etdirilir- YENİLƏNİB-3

Tovuzda toyda zəhərlənənlərdən 26 nəfəri evə buraxılıb, 13 nəfərin müalicəsi davam etdirilir- <span style="color: red;">YENİLƏNİB-3
# 08 sentyabr 2017 05:23 (UTC +04:00)

Tovuzda toyda 39 nəfər zəhərlənib. Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, sentyabrın 7-də Tovuz şəhərində yerləşən “Turan” şadlıq sarayında keçirilən toy şənliyi zamanı 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib. Onlardan 6-sı uşaq, qalanı isə böyük olub. Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Zəhərlənmənin salatdan baş verdiyi ehtimal olunur.

*** 01.45

Tovuzda toyda zəhərlənənlərin sayı 35 nəfəri keçib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hazırda 6 uşaq və 30 nəfərdən çox böyük xəstəxanadadır və onlara tibbi yardım göstərilir.

Müraciət edənlərin sayının artacağı istisna edilmir.

Toy mərasiminin keçirildiyi "Turan" şadlıq sarayının sahibi Şükür Abbasovun verdiyi məlumata görə, onlar şadlıq evinin kirayə veriblər və toyda verilən yeməklər və digər qida məhsullarının hamısı toy sahibi tərəfindən gətirilib.

*** 23.20

Tovuzda toyda zəhərlənənlərin sayı artıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, 14 nəfər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlar

1983-cü il təvəllüdlü Vasif Həsənov

1984-cü il təvəllüdlü Taleh Həsənov

1983-cü il təvəllüdlü Günay Hüseynova

1958-ci il təvəllüdlü Şahin Məmmədov

1984-cü il təvəllüdlü Zöhrab Məmmədov

2008-ci il təvəllüdlü Adilə Hüseynova

1984-cü il təvəllüdlü Elmir Məmmədov

1990-cı il təvəllüdlü Akif Bağırov

2001-ci il təvəllüdlü Gülnar Hüseynova

1959-ci il təvəllüdlü Elmira Qasımov

1989-cu il təvəllüdlü Gültəkin Məmmədova

1967-ci il təvəllüdlü Növrəstə Məmmədova

1980-ci il təvəllüdlü Məhbubə Aslanova

1990-ci il təvəllüdlü Samirə

Məlumata görə zəhərlənmə əlaməti ilə müraciət edənlərin sayı artır. Gələnlər rayon infeksion xəstəxanasına yerləşdirilir.

***** 23.03

Tovuzda kütləvi zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında 11 nəfər şəxs rayon Mərkəzi xəstəxanasına müraciət edərək özlərini pis hiss etdiklərini deyiblər. Onlara tibbi yardım göstərilib. Məlumata görə müraciət edənlər rayonda olan “Turan” şadlıq sarayında keçirilən toyda iştirak ediblər. Onların toyda yedikləri qidalardan birindən zəhərləndikləri ehtimal olunur. Xəstəxanaya müraciət edənlərin sayının artacağı istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR