Almaniyada terror aktları planlaşdırmaqda şübhəli bilinən əks-kəşfiyyat idarəsinin əməkdaşı saxlanılıb

Almaniyada terror aktları planlaşdırmaqda şübhəli bilinən əks-kəşfiyyat idarəsinin əməkdaşı saxlanılıb
# 30 noyabr 2016 03:32 (UTC +04:00)

Almaniyanın əks-kəşfiyyat idarəsinin (BfV) əməkdaşı radikal dini ideyaları təbliğ etməkdə və qurumun Kelndə yerləşən mərkəzi bürosunda terror aktı planlaşdırmaqda şübhəli bilinir.

APA-nın xəbərinə görə, bu barədə “Die Welt” nəşri xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 51 yaşlı Almaniya vətəndaşı saxta akkaunt vasitəsilə internetdə radikal dini ideyaları təbliğ edib, həmçinin məxfi məlumatların yayılmasını təşkil edib. Qeyd olunan şəxs şübhəli şəxs qismində saxlanılıb və dindirilmə zamanı terror aktı planlaşdırdığını etiraf edib.

“Spiegel”in məlumatına görə, qeyd olunan şəxs saxlanılmazdan əvvəl dörd həftə ərzində nəzarət altında olub.

Faktla bağlı Düsseldorf prokurorluğunda araşdırma davam edir. Saxlanılan şəxs barəsində tezliklə həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR