ABŞ-da meşə yanğınları nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB

ABŞ-da meşə yanğınları nəticəsində 2 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 28 iyul 2018 01:04 (UTC +04:00)

ABŞ-da, Kaliforniya və Oreqon ştatının sərhədində tüğyan edən meşə yanğınları nəticəsində 2 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 8 nəfərin yaralandığı bildirilirdi.

Ölənlərdən biri yanğınsöndürən, digəri isə Kaliforniya ştatı Meşə təsərrüfatının əməkdaşıdır.

Təbii fəlakətlə əlaqədar Kaliforniya ştatının üç dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. İndiyədək 12 min yerli sakin təhlükəli ərazilərdən təxliyə edilib.

***

00:16

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində azı 8 nəfər xəsarət alıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılar xəstəxanaya yerləşdiriblər, onlardan 3-ü yanğınsöndürənlərdir.

İyulun 23-də başlayan yanğın 180 kvadrat kilometr sahəni əhatə edib və Şasta dairəsinin mərkəzində yerləşən, 92 min əhalisi olan Reddinq şəhərinə çatıb. Əhalinin bir qisminin təxliyə edildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR